az en ru

Strict Standards: Only variables should be passed by reference in /home/theclub/public_html/site/includes/settings.php on line 23

Strict Standards: Non-static method Navigation_Module::show() should not be called statically, assuming $this from incompatible context in /home/theclub/public_html/site/template/site.php on line 43
HAQQIMIZDA
  • XOŞ GƏLMİSİNİZ
  • XƏBƏRLƏR

  • Strict Standards: Only variables should be passed by reference in /home/theclub/public_html/site/includes/settings.php on line 23

    Strict Standards: Non-static method Gallery_Module::show() should not be called statically, assuming $this from incompatible context in /home/theclub/public_html/site/template/site.php on line 80
  • FOTOQALEREYA
  • VİRTUAL TUR
ƏLAQƏ

XOŞ GƏLMİSİNİZ

Bizim məqsədimiz - Azərbaycanda təkrarolunmaz sağlamlıq və idman klubu olmaqdır.

The Club İdman və sağlamlıg kompleksi şəhərin nufuzlu ünvanında - Nefçilər prospektində, dəbdəbəli Port Baku binaların birində yerləşir. İki mərtəbəli, 8500 m2 məsafəli idman və sağlamlıq məkanı maraqlı, geniş çeşidli xidmət və fürsətlərlə zənqindi.  

Klubda 25-metr uzunlugda üzgüçülük hovuzu, 8.7-metr hündürlüyü olan süni qaya, xüsusi idman dərsləri (spinning, serkvit) keçirmək üçün studiyalar və Azərbaycanda ilk dəfə təqdim olunan Golf Simulyator fəaliyət göstərir. 

Dünya standartlarına cavab verən klubun İdman meydançasinda üzvlərimiz və həmçinin qonaqlar futbol, basketbol, voleybol, badminton və ya stol üstü tenis oynamaq imkanını əldə edirlər. Bizim peşəkar məşqçilərimiz müxtəlif fitnes növlərində öz təcrübəsiylə paylaşır və sizlərə xüsusi məşq proqrami hazırlamaqi təklif edir. Bizim möhtəşəm SPA xidmətlərdən zövq almaq, burada yerləşən Sport Shop dükanından lazımlı idman malları əldə etmək, Sport Kafemizdə dostlarla müxtəlif stolüstü oyunlarla əylənmək və ya bizim böyuk rənqarənq TV-monitorda maraqlı idman verlişlərini izləyib, vaxtınızı səmərəli keçirə bilərsiz. 

XƏBƏRLƏR

 

.

.

.

.

.

.

.

.

.

RECEPTION DESK

SPORT CAFE

SPORTS HALL

CLIMBING WALL

TENNIS COURT

CARDIO GYM

STRENGTH GYM

FITNESS STUDIO 1

FITNESS STUDIO ORANGE

SQUASH COURTS

SPA

SWIMMING POOL

BİLYARD OTAĞI

KIDS ROOM

GOLF SIMULATOR

SPORT SHOP

COFFEE SHOP

VİRTUAL TUR

XİDMƏTLƏRİMİZ

2 mərtəbəli 8500 kv. metr ərazi, üzgüçülük hovuzu,  xüsusi fitnes dərslər üçün ayrılmış 2 studiya, SPA mərkəzi, tenis və skvoş kortları, süni qaya və digər xidmətlər. Bu adi klub deyil - universal idman və sağlamlıq kompleksidir!

Klubda keçirilən müxtəlif tədbirlər və qrup idman dərsləri üzvlük haqqına daxildir.

İstər Klubdan ilk dəfə istifadə etdiyiniz halda, istərsə də Klubun daimi üzvü olduğunuzda idman təlimatçılarımız Sizi cihazlarla tanış edə, Fitnes test təşkil edə və hazırkı məşq proqramınızı dəyərləndirə bilər.

İDMAN ZALI

Klubun, dünya standartlarına cavab verən idman meydançası futbol, basketbol, voleybol, badminton və ya stol üstü tenislə məşğul olmaq üçün üzvlərimizin və qonaqlarımızın xidmətindədir.

Klubumuzun İdman zalı və süni qayası qrup tədbirlərinin həyata keçirilməsi üçün gözəl məkandır. Həmçinin tədbirə qədər və ya tədbirdən sonra Sport Cafe-dən də yararlana bilərsiniz.

ÜZGÜÇÜLÜK HOVUZU

25 metr uzunluğu və 1.05-1.75 m dərinliyi olan üzgüçülük hovuzunda heç bir zərərli təmizləyici kimyəvi maddələrdən istifadə olunmur. Hovuzun 6 ədəd təyin olunmuş üzgüçülük sıralarından istər idman etmək, istərsə də əylənmək məqsədilə istifadə edə bilərsiniz. Həmçinin üzgüçülük təlimçisinin xidmətlərindən yararlana və hovuz aerobika dərslərində iştirak edə bilərsiniz.

Daim növbətçi xilasedicilərin olduğu üzgüçülük hovuzunda sağlam və təhlükəsiz şərait təmin olunur.

Şəxsi dolablar, o cümlədən duş kabinələrinin də yerləşdiyi qadın və kişi geyinib soyunma otaqları da üzgüçülük hovuzu ilə eyni ərazidə yerləşir.

KARDİO ALƏTLƏR ZALI

Özünüzü ümumi fitnesin əsas tərkib hissələrindən olan kardiovaskular məşğələlərə həsr etmək üçün ən gözəl məkanlardan biri! Precor şirkətinin məhsulları olan qaçış yolları, velosiped prinsipli kardio-maşınlar və digər alətlər ən müasir və yüksək keyfiyyətli texniki avadanlıqlarla təchiz olunub. Təklif etdiyimiz çoxsaylı və rəngarəng kardiotrenajorlarda idmanla məşğul olduğunuz müddətdə musiqi dinləyə və müxtəlif televiziya kanallarını izləyə bilərsiniz.

AĞIRLİQ ALƏTLƏRİ ZALI

 

 

 

 

FƏRDİ MƏŞĞƏLƏ

Məşğələnizə nəzarət edilməsi və istiqamət verilməsi bədən quruluşunuzu, fiziki göstəricilərinizi və sağlamlığınızı inkişaf etdirməyə kömək edə bilər. Bizim fərdi məşqçilərimiz sizin idman etmək tərzinizə, fəaliyyət saatlarınıza və qidalanmanıza diqqət yetirəcəkdir.

Sizi ruhlandırmaq, öz bilik və təcrübələrini sizlərlə bölüşmək məqsədilə biz, idmanla bağlı sahələrdə xüsusi tədris keçmiş, professional fərdi məşqçiləri bir yerə toplamışıq. Həmçinin, biz yeganə klubuq ki, fərdi məşqçilərimiz Avropa İdman Mütəxəssisləri Qeydiyyatının (European Register of Exercise Professionals) üzvü olmuş və dərslərini almışlar. Avropada fitnes sahəsində məşqçi olmaq üçün bu məcburidir.

Sizinlə məşğul olarkən, fərdi məşqçiniz, sizin istəklərinizdən asılı olaraq özündə sağlamlıq, həyat tərzi və məqsədləri birləşdirən fərdi proqaram hazırlayacaqdır. Sağlamlığınızın qeydinə qalmaq üçün siz həm ağırlıq alətlərində, həm kardio-maşınlarda məşğul olacaq, isinmə hərəkətləri edəcəksiniz. İdman bacarıqlarınız və təcrübəniz artdıqca fərdi məşqçiniz davamlı olaraq fərdi proqramı yeniləyəcək və qarşınıza yeni məqsədlər qoyacaqdır.

FITNES STUDIYA 1

 

 

 


FITNES STUDIYA 2

 

 

 


SÜNİ QAYA

Süni qayanı fəaliyyət vaxtı görmək üçün bura daxil olun.

 

 

 

GOLF SIMULYATOR

Ən müasir standartlara cavab verən Qolf Simulyatorun köməyi ilə qolf oynamağı öyrənə və ya qolf sahəsindəki təcrübənizi artıra bilərsiniz.

Bizim Qolf Simulyatorun (PGA TOUR SimSurround) tam ölçülü ekranları və 150 dərəcəlik görüntüsü vasitəsilə özünüzü sanki əsl qolf sahəsindəki kimi hiss edəcək, audiovizual texnologiyanın vasitəsilə isə öz oyununuzdan tam zövq ala biləcəksiniz.

SPORT CAFÉ

Klubdakı Sport Cafe səhər yeməyi, nahar və ya şam etmək üçün, dostlarınızla bir qədəh şərab və ya pivə içməniz üçün, idman etdikdən sonra dincələrək, təzəcə sıxılmış portağal şirəsi dadmaq üçün ən gözəl yerdir.

Yerli məhsulların istifadəsinə böyük əhəmiyyət verən Sport Cafe-də həmçinin müxtəlif stolüstü oyunlar (şahmat, dama, nərd və s.) da oynaya bilərsiniz.

Müxtəlif beynəlxalq idman yarışları və tədbirlərini Sport Cafe-dəki, 9 LED ekranın birləşməsindən əmələ gələn 3.5 metrlik televizorumuzda izləyə bilərsiniz.

 

 

COFFE SHOP

Coffee Shop-da ən yeni kofe toxumlarından istifadə edərək İtaliyadan gətirilmiş xüsusi espresso maşınında hazırlayırıq, istər sadə espresso olsun, istərsə də əllə hazırlanmış kapuççino.

Həmçinin, kofe istəməyən qonaqlarımıza çay, müxtəlif meyvə suları və digər içkilər də təklif edirik.

TENIS KORTU

Klubda, üzvlərin ödənişsiz istifadə edə biləcəyi açıq havada tenis kortu var. Kortu öncədən sifariş etmək vacibdir.

 

 

SKVOŞ KORTLAR

3 ədəd skvoş kort Klubun tam mərkəzindədir. Kortu öncədən sifariş etmək vacibdir.

 

BILYARD OTAĞI

Brunswick şirkətinin məhsulu olan 2 amerikan bilyard masası bu idman növünü sevənlərin xidmətindədir. Masanı öncədən sifariş etmək vacibdir.

 

UŞAQ OTAĞI

Uşaqlarınız üçün şən, təhlükəsiz və yaradıcı bir məkan. 4 yaşdan yuxarı uşaqları bizim nəzarətçilərin səlahiyyətinə verib, bütün diqqətinizi Klubdakı fəaliyyətinizə cəmləyə bilərsiniz.

 

SAUNA/BUXAR OTAĞI

Sauna və buxar otağı Sizin rahatlığınız üçün qadın və kişi geyinib-soyunma otağında yerləşdirilmişdir. Məşğələdən sonra dincələ bilmək üçün ən rahat vasitələrdən biri!

SPORT SHOP

İdman malları mağazamızda ayaqqabılardan köynəklərə, corablardan raketkalara qədər istənilən çeşiddə idman malları əldə edə bilərsiniz.

 

 

 

 

SOLARIUM

GÖZƏLLİK SALONU/BƏRBƏR SALONU

Klubumuzdakı fəaliyyəti başa çatdırmağın ən uğurlu yolu

Ətraflı məlumat üçün 012 499 89 09 nömrəsinə zəng edə bilərsiniz. 

 

 

 

 

 

 

 

 

DƏRSLƏR

Get the most out of your time, focus your energy, and see results; we've designed every aspect of our club to complement your lifestyle and help you meet your goals.

Energize your workout with the guidance of our dynamic instructors. 

Power Bar -  Designed for all fitness levels. Incorporates free weights, focuses on improving strength and tone. Using special barbells and dumbbells with light weights, you work out all your muscles to music, it's rhythmic sequence of exercises which pumps up your muscles and shape up your body, suitable for all fitness levels.  

Boxercise - If you want to be super-fit, you can't pull your punches. Boxercise is a high-intensity exercise class that combines resistance training with aerobic exercise. Boxercise is non-contact; the emphasis is on knocking your body into shape, not knocking anyone out. It's a mix of aerobic exercise and boxing exercise, you will be able to use the pads and gloves to go through your aerobic workout doing all types of bunch and kicks. It's safe and enjoyable, but needs a moderate level of fitness. 

Circuit Training - Whether you are trying to lose weight, build muscle or just get in shape, circuit training programs can be designed to meet specific needs. Using a very special set of equipment made especially for this type of fitness classes to allow you to use your muscles in pairs, it's a whole body workout which lets you use the main muscle groups all over your body to burn calories and get in shape.  

Yoga - Or Hermit yoga, it is the philosophy of reaching the harmony between body and soul through improving your breathing techniques and your body flexibility within a peaceful atmosphere.    

Aqua Aerobic - This class is a mixture of fat-burning cardiovascular moves and body toning exercises. All are performed in the water to provide a fun, safe yet challenging workout will improve your general fitness and lead to a stronger, leaner body.

Pilates - Pilates is a fusion of western and eastern philosophies, which teaches you about breathing with movement, body mechanics, balance, co-ordination, positioning of the body, spatial awareness, strength and flexibility. For full benefit of the method, you will learn to flow from one movement to the next building stamina and cardiovascular fitness.

Spinning - Are you a biker? Do you like to ride mountain bikes of road bikes? You can have it all using the spinning stationary bikes indoor, you can climb the mountain, or speed up on the race track while using these bikes in the RPM class, you can work on your desired resistance level ,and it's suitable for every fitness level. 

Body Combat - 'Fight yourself fit 'the ultimate martial arts workout. Combining powerful athletic moves from a range of martial arts disciplines. A total body workout that will burn fat, improve your muscle tone, co-ordination, motor skills and flexibility. COMBAT Fitness is specifically designed so that everyone can participate...there is no sparring or one to one contact. Throw off the confines of everyday life and fight yourself fit!!

Step

 

 


Fat Burner


Zumba

 

 


Latino Dance

BİZİM HEYYƏT

Klubumuza daxil olarkən, bizim gülərüz Resepşn şöbəsinin işçiləri sizi salamlayıb qarşılayacaq və klubun xidmətləri haqqında bütün lazım olan məlumatla, seçdiyiniz idman dərslərə aid, və ya yeni tanimadıgınız fitnes-klass növü haqqinda tövsiyələrlə təmin edəcək. 

Hər bir seçiminizdə dəstək olan bizim heyyət sizi həvəsləndirmək qabilliyatinə malikdi.

 

 

İŞ SAATLARI

 

KLUB

Bazar ertəsi – Cümə                  07:00 am – 11:00 pm

Şənbə – Bazar                          08:00 am – 11:00 pm

SPA

Bazar ertəsi – Cümə                  11 am – 9.30 pm (last reservation at 8:00 pm)

Şənbə – Bazar                          11 am – 9.30 pm (last reservation at 8:00 pm)

COFFE SHOP

Bazar ertəsi – Cümə                  07:00 am – 07:00 pm

Şənbə – Bazar                          08:00 am – 07:00 pm

SPORT CAFÉ

Bazar ertəsi – Cümə                  09:00 am – 11:00 pm

Şənbə – Bazar                          08:30 am – 11:00 pm

UŞAQ OTAQI

Bazar ertəsi – Cümə                  09:00 am – 06:00 pm (closed for lunch 11.30-12.30)

Şənbə – Bazar                          09:00 am – 06:00 pm (closed for lunch 11.30-12.30)

GÖZƏLLİK SALONU 

Bazar ertəsi – Cümə                  09:00 – 21:00 

Şənbə – Bazar                          09:00 – 21:00 

KİŞİ SALONU (BARBER SHOP)

Bazar ertəsi – Cümə                  09:00 – 21:00 

Şənbə – Bazar                          09:00 – 21:00 

 

 

QİYMƏTLƏR

Click to see price list: [1] [2]

CƏDVƏL

THE CLUB SPA

THE CLUB SPA MƏRKƏZİNƏ XOŞ GƏLMİSİNİZ!

Bura, şəhərin səs-küyündən uzaqlaşaraq həm ruhən, həm də cismən istirahət edə biləcəyiniz bir məkandır. 

Bizim müalicəvi prosedurlar özündə Asiya və Avropa ölkələrində tətbiq olunan ənənəvi prosedurları və yeni əsrin ixtirası olan spa terapiyasını ehtiva edir. Özünüzü təravətli, cazibədar və xoşbəxt hiss etmək üçün spa dünyasına daxil olun! 

Bizim spa məsləhətçilərimiz sizin tələbatınıza ən çoxuyğun gələn prosedurlara dair məsləhətlər verəcəklər. Spa mərkəzi bura gələn bütün qonaqların rahat dincələbiləcəkləri bir yerdir. Bizim spa məsləhətçilərimiz sizin tələbatınıza ən çoxuyğun gələn prosedurlara dair məsləhətlər verəcəklər. 

Əgər siz təyin olunmuş proseduru təxirə salmaqistəsəniz, xahiş edirik bu barədə prosedur vaxtından ənazı 4 saat əvvəl bizə məlumat verəsiniz. Əks təqdirdə,50%-lik cərimə tətbiq ediləcək. 

Tələbatınıza və ya istəyinizə uyğun müalicəvi proseduru seçməkdə sizə yardımçı olmaq bizim üçünvacibdir! Bizim kluba daxil olduğunuz andan etibarən, siz özünüzü tam rahat hiss edə biləcəksiniz və sizəfərdi qayğı göstəriləcəkdir! 

Əlavə məlumat üçün və ya prosedur sifarişi üçün (012) 499 89 09 nömrəyə zəmq edin.

SPA menyusunu yükləmək

SPA qiymətləri

Spa hours:

Bazar ertəsi – Cümə           11:00 – 21.30   

Şənbə – Bazar                   11:00 – 21.30   

ELEMİS PROSEDURLARI

Tələbatınıza və ya istəyinizə uyğun müalicəvi proseduru seçməkdə sizə yardımçı olmaq bizim üçünvacibdir! Bizim kluba daxil olduğunuz andan etibarən, siz özünüzü tam rahat hiss edə biləcəksiniz və sizəfərdi qayğı göstəriləcəkdir!

"Elemis" - Limon və Zəncəfil Duzu ilə Ekzotik "Pilinq" Proseduru

Dərini canlandırır, təmizləyir və onu ideal şəkildəhamarlaşdırır.Gümrah və sağlam olmaq üçün bədən dərisinin pilinqi. Əvvəlcəbədən yumşaq fırça ilə sürtülür, sonra isə bədənin müxtəlifhissələrinə ilıq yağ damızdırılır. Bundan sonra limon və zəncəfilduzlu "pilinq" tətbiq edilir. Dəri əsaslı şəkildə təmizlənərək nəmlənirvə parıltılı, gümrah, təravətli və qüsursuz görünür.

"Elemis" - Kokos Yonqarları, Süd ilə Sarğı və Süd Vannasından IbarətEkzotik Spa Proseduru

Hisslərinizi canlandıran müalicəvi prosedur.Dərini qidalandıran ilıq süd vannası qəbul etdikdən sonra, bədənyumşaq folqa ilə sarınır və ya unikal "quru immersiya" proseduru tətbiqolunur. Bu zəngin və ekzotik prosedur dərinizə ən mükəmməl hamarlıqvə yumşaqlıq bəxş edir, üz dərisində nöqtəli masaj, habelə gərginliyiaradan qaldırmaq üçün başın masajı ilə müşayiət olunur.

"Elemis" - Bədənin ToksinlərdənTəmizlənməsi, Selülitin əridilməsi və Kolonoterapiya (bağırsaq hidroterapiyası)

Siluetinizi yenidən formaya salın və hamarlaşdırın.

Yeni "Elemis Body Sculpting System" (bədəni formaya salmaq üçünterapiya) sayəsində siluetiniz yenidən formaya düşəcək. Bədəniformaya salan piy əridici serum ("The Body Sculpting Lipo-RefiningSerum") və dərinin elastikliyini təmin edən krem ("TheBody Sculpting Firming Cream") selülitli nahiyələri və sallaqdərini bərpa edir və qısa zaman ərzində vizual nəticələr verir.Toksinləri kənarlaşdırmaq üçün razyana (şirin şüyüd) və tozağacıyonqarlarından hazırlanan krem bədənə sürtülür və bədənin əsaslışəkildə təmizlənməsi üçün peşəkar masajla müşayiət olunur.Nəticədə bu prosedur dərini möhkəmləndirir, daha da hamarlaşdırırvə qan dövranını stimullaşdırmaqla maye gecikmələrini azaldır.Abdominal masaj (qarın nahiyəsinin masajı) vasitəsi ilə bağırsaqlarıntəmizlənməsi prosesi orqanizmə daxildən təsir etməklə bədənitoksinlərdən azad edir.

Tövsiyə: 4 həftə ərzində, həftədə 2 dəfə, gələcəkdə ayda 1 dəfə.

"Elemis Cellutox Aroma Spa Ocean"Sarğı və Immersiya Proseduru

Bədəndə durğun qan yerlərini və ümumilikdə qandövranını stimullaşdırmaq və bədəni zəhərli maddələrdəntəmizləmək üçün kompleks prosedurlar.Bədəniniz yumşaq spa folqasına sarınan zaman və ya unikalquru immersiya prosedurunu, yaxud nöqtəli üz masajı və yagərginliyi azaltmaq üçün baş nahiyəsinin masajını qəbul edərkən,düşüncələrinizə və xəyallarınıza azadlıq verin.Dəniz bitkiləri və dəniz yosunlarından istifadə etməklə yerinə yetirilənbu terapiya selülitdən azad olmağa və maye gecikməsindən irəligələn narahatlığı kənarlaşdırmağa kömək edir. Bədən yenidəngümrahlaşır və dəri ipək kimi yumşaq və hamar olur.Tövsiya: həftədə 2 dəfə.

"Elemis" - Üz Dərisinin Səthini Hamarlaşdıran "Tri-Enzim" ÜçFermentli, Dəriyə Qulluq Proseduru

Qocalmış, gərgin və sallaq dərilər üçün.Vaxt ötdükcə qocalan dərinizə "əlvida" deyin , daha hamar və parlaqdəriyə sahib olun. Dərinin qocalmasını ləngidən bu innovasiyalıkosmetik müalicə proseduru dəriyə dərhal öz müsbət təsirini göstərirvə onu hamarlaşdırır. Klinika şəraitində aparılmış sınaqlara əsasən,dərini təxminən 75 % cavanlaşdıran və sadəcə 1 prosedurdansonra dərinin hamarlığını 32%-ə qədər artıran* bu unikal kosmetikvasitə sızanaqlar, dərinin qeyri-bərabər rəngi, dəridəki səthi çapıqlar,habelə narın qırışlar ilə effektiv mübarizə aparır, dərinin daha cavangörünməsini təmin edir. İlk dəfə üç fermentli serumu mükəmməlşəkildə bir araya gətirən bu cavanlaşdırıcı qulluq vasitəsi epidermisin(dərinin xarici qatının) qalınlaşan təbəqəsini təhlükəsiz və effektivşəkildə kənarlaşdırır, dərini inanılmaz dərəcədə təmiz, hamar vəparlaq edir, üz dərisinin rənginə və xarici quruluşuna yenilənmişhamarlıq və təmizlik bəxş edir.

*2006-cı ildə keçirilmiş müstəqil kliniki sınaqlara əsasən.

"Elemis" - Üz Dərisi ÜçünMüasir Qulluq Vasitəsi

Müasir həyat tərzini nəzərə almaqla hazırlanmış dəriyəqulluq vasitəsi.Anti-oksidant minerallar və vitaminlər ilə zəngin olan butəmizləyici prosedur dərinin zərərli toksinlərdən təmizlənməsinə,dəri hüceyrələrinin yenilənməsinə və dəridəki piy balansınınbərpa olunmasına kömək edir.Nəticələr: Dərini yenidən minerallaşdırmaqla piy balansınıtarazlaşdırır və dəriyə təravət bəxş edir.

Tövsiyə: hər 3 həftədən bir.

"S.O.S" Üz Dərisi ÜçünTəmizləyici Kosmetik Prosedur

Yorğun Dəri üçün təmizləyici prosedur.Üz dərisi və göz qapaqları üçün nəzərdə tutulmuş bu müalicəviprosedur dərinin təbii funksiyasını tənzimləyərək tarazlaşdırır.Dəridəki yağlılığı aradan qaldırmaq, qıcıqlanmanı sakitləşdirməkvə yağla dolu dəri məsamələrində tarazlığı bərpa etmək üçünbu prosedur zamanı təmizləyici masajdan və "VITA-C" (əlavəserum) ilə zənginləşdirilmiş unikal yapon kükürd maskasındanistifadə olunur. Prosedurdan sonra üz dərisinin rəngi vəquruluşu daha da təravətli görünür.

Tövsiyə: Hər 4 həftədən bir.

Ekzotik Nəmləndirmə Proseduru

Dərinin daha fəal nəmlənməsi üçün müalicəvi prosedur.Üz dərisinin peşəkar masajından sonra dəri, onu qurumağaqoymayan, dəriyə sağlam və gümrah görünüş bəxş edən aktivinqrediyentlər ilə qidalandırılır.Lavanda otu ilə müalicə proseduru.Dərinin təbii (bioloji) balansının mükəmməl bərpası.Dəridəki çirklərin tam təmizlənməsini təmin edən bu kosmetikprosedur, arzuolunmaz parıltını azaldır, məsamələri daraldır vədəridəki səpkiləri müalicə edir.

"Elemis Skin IQ+" Dəriyə Qulluq Proseduru

Yorğun və gərginlikdən əziyyət çəkən dəri üçün qocalmaəleyhinə müalicəvi vasitə.Bu müalicəvi prosedur dərinin vaxtından əvvəl qocalmasına qarşıqırış əleyhinə "Time Defiance Wrinkle Delay" kremi və gözlər üçünsağlamlaşdırıcı "Time Defiance Eye Reviver" kremindən istifadəetməklə aparılır. Kişilər üçün dərinin qocalmasını maksimumləngidən bu kompleks qulluq vasitəsi xüsusi olaraq qızğın həyattərzinin tələblərinə cavab vermək və üzün tez-tez qırxılması,ətraf mühitin çirklənməsi və daim hərəkətdə olmaqdan irəli gələndərinin qocalması kimi xoşagəlməz təsirlər ilə mübarizə aparmaqüçün hazırlanmışdır.

"Elemis Urban Cleanse" Dəriyə Qulluq üçün Müalicəvi Prosedur

Dərinin təmizlənməsi və toksik təsirlərə qarşı kompleksmüalicəvi prosedur.Bu yüksək keyfiyyətli təmizləyici vasitə dərinin tutulmuş məsamələrinikənarlaşdıraraq onu sürətlə bərpa edir və dərini daxildən təmizləyir.Sürətlə təsir edən inqrediyentlər dərinin həssaslığını azaldır vəgündəlik zərərli təsirlərə qarşı uzunmüddətli müdafiəni təmin etməkləyanaşı, dəriyə şəffaflıq və ideal təmizlik bəxş edir.

Tövsiyə: hər 4 həftədən bir.

* 2004-cı ildə keçirilmiş müstəqil kliniki sınaqlara əsasən.  

 

MASAJ TERAPİYASI

Ənənəvi Tay Masajı

Tay masajı (digər adı "Nuad Borarn") 2500 ildən çoxdur ki,Tailandda öyrədilir, tətbiq edilir və nəsildən-nəslə ötürülür. Buşəfalı masaj növünə fizioterapevtin barmaqları, baş barmaqları,dirsəkləri, qolları və ayaqları vasitəsi ilə dərinin bioloji fəalnöqtələrinin masajı və dartılması daxildir. Tay masajı sayəsindəbədənin daxili enerjisi daha da güclənir və bel ağrıları, artritmənşəli baş ağrıları və psixofizioloji gərginlik (stress) kimi mənfihallar aradan qaldırılır.  

İsveç Masajı

İsveç masajı 1812-ci ildən etibarən tətbiq olunur və bir çox Qərb masaj növlərinin əsasını təşkil edir. Şirin badam yağındanistifadə etməklə yerinə yetirilən və insana gümrahlıq bəxş edənbu sərt masaj növünə beş klassik əl hərəkəti daxildir: əlləri bədənüzərində sürüşdürməklə ovxalama, ovuşdurma, sürtmə, vibrasiyavə döyəcləmə. Bu müalicəvi masaj qan dövranını yaxşılaşdırır,əzələ gərginliyini azaldır və bədəndəki ağrıları azaldaraq insanıgümrahlaşdırır. 

 

"Luk Prakob" - Müalicəvi Isti Kompres

Bu ənənəvi, isti Tay masajı ümumi gərginliyi aradan qaldırır.Artıq bir neçə əsrdir ki, Tailandda "Luk Prakob" masajındanağrı və iltihabı aradan qaldırmaq üçün istifadə edirlər. ƏnənəviTay masajından sonra, bir neçə müalicəvi bitki (məsələnzəncəfil, sarıkök, zanbaq və s.) narın tikişli muslin parçayabükülərək isidilir və dairəvi və köndələn hərəkətlərlə bədənəsürtülür. Nəticədə, dərinin məsamələri açılır və bitkilərin təsirgöstərməsinə şərait yaradır. Bu masaj sərt, ağrılı və ya dartılmışəzələ və əzələ bağları, bel ağrısı, miqren, psixofizioloji gərginlik(stress) və narahatlıq kimi mənfi halları tez bir zaman ərzindəaradan qaldırır.

İsti Daşlarla Terapiya

Bədənin ümumi gərginliyini aradan qaldırmaq üçün istibazalt daşlarından istifadə olunur. Müalicəvi təsirə malik istilikyavaş-yavaş əzələlərə sirayət edərək bədənə tam yeni və xoştəəssüratlar bağışlayır. Kiçik bazalt daşlar bədəndəki əsas enerjinöqtələrinin üstünə qoyulur, yaxşıca isidilmiş yağ isə bədəni tamyüngülləşdirmək üçün masaj yolu ilə dərinin dərin qatlarına yeridilir. 

Refleksoterapiya

İnsanın qulaq, əl və ayaq (topuq-pəncə) nahiyələrində bütünorqanizm ilə bağlı olan xüsusi sahələr var. Bu sahələri masajetməklə, bədənin müvafiq hissəsində fizioloji effektə nail olmaqmümkündür. Bir qayda olaraq, refleksoterapiya zamanı heç biralətdən, eləcə də krem və ya losyonlardan istifadə olunmur.Əsasən topuq-pəncə nahiyəsindəki refleks nöqtələrinin masajısayəsində ümumi gərginlik aradan qaldırılır, qan dövranı yaxşılaşırvə bədənin müvafiq hissələri öz təbii funksiyasını bərpa edir.

İdman Masajı

İdman masajında klassik İsveç masajı zamanı istifadə olunanbeş əl hərəkətindən üçü tətbiq olunur. Bu masaj sayəsində bədənəzələlərinə dərindən təsir göstərilir, əzələ lifləri dartılır və hərəkətinməhdudlaşmasına və ya ağrıya səbəb ola biləcək əzələ gərginliyiaradan qaldırılır. Qan dövranını yaxşılaşdıran idman masajı bədəninelastikliyini artırmaqla yanaşı, xəsarətlərin qarşısını ala və zədəli,yaxud dartılmış əzələlərin sağalmasını tezləşdirə bilər.

Aromatik Masaj

Bu müalicəvi masaj növü aromaterapiyanın və İsveç masajınınprinsiplərinə əsaslanır. Aromatik masaj qoxubilmə qabiliyyətinəvə ətirləri hisslər ilə əlaqələndirən beyin nahiyəsinə təsiretməklə yerinə yetirilir. Bitki, çiçək və meyvələrdən, habelə ağacqabıqlarından çəkilmiş efir yağı müxtəlif üsullarla bədəninizəsürtülür və nəticədə gərginlik və narahatlıq aradan qalxır. Buyağların tərkibindəki maddələr həm fiziki, həm də mənəvi dincliyitəmin edir. Həmçinin, bu müalicəvi masajın güclü təsiri əzələvə revmatizm ağrılarını azaldır və həzm pozuntularını aradanqaldırır.

Baş və çiyin Masajı

Masaj sayəsində yaraların daha tez sağalmasına kömək etmək,psixoloji gərginliyi (stressi) aradan qaldırmaq, ağrıları azaltmaq vəqan dövranını yaxşılaşdırmaq mümkündür. Alternativ tibbi müalicəqaydalarına əsasən, masaj zamanı bədəndəki enerji mərkəzləri vəya "çakra"lar (sinir mərkəzləri) əhatə olunurBaş və çiyin MasajıMasaj sayəsində yaraların daha tez sağalmasına kömək etmək,psixoloji gərginliyi (stressi) aradan qaldırmaq, ağrıları azaltmaq vəqan dövranını yaxşılaşdırmaq mümkündür. Alternativ tibbi müalicəqaydalarına əsasən, masaj zamanı bədəndəki enerji mərkəzləri vəya "çakra"lar (sinir mərkəzləri) əhatə olunur.

 

 

ÜNVAN

Neftçilər prospekti, 
AZ1010 Baku, Azərbaycan

Tel:  +994 12 499 89 09
Faks: +994 12 499 89 08

info@theclub.az
clubreception@theclub.az
www.theclub.az