BAKININ ƏN MÜASİR SAĞLAMLIQ VƏ İDMAN MƏKANINA XOŞ GƏLMİŞSİNİZ!
az en
MÜALİCƏVİ MASAJ
SPA MƏRKƏZİNƏ SƏYAHƏT
MÜALİCƏVİ MASAJ
BƏDƏN ÜÇÜN QULLUQ
ÜZ DƏRİSİNƏ QULLUQ
QİYMƏTLƏR VƏ SİFARİŞ
  İsveç Masajı
İsveç masajı 1812-ci ildən etibarən tətbiq olunur və bir çox Qərb masaj növlərinin əsasını təşkil edir. Şirin badam yağındanistifadə etməklə yerinə yetirilən və insana gümrahlıq bəxş edənbu sərt masaj növünə beş klassik əl hərəkəti daxildir: əlləri bədənüzərində sürüşdürməklə ovxalama, ovuşdurma, sürtmə, vibrasiyavə döyəcləmə. Bu müalicəvi masaj qan dövranını yaxşılaşdırır,əzələ gərginliyini azaldır və bədəndəki ağrıları azaldaraq insanı gümrahlaşdırır.
 
50 dəq. / 75 dəq.

 

  Ənənəvi Tay Masajı
Tay masajı (digər adı "Nuad Borarn") 2500 ildən çoxdur ki,Tailandda öyrədilir, tətbiq edilir və nəsildən-nəslə ötürülür. Buşəfalı masaj növünə fizioterapevtin barmaqları, baş barmaqları,dirsəkləri, qolları və ayaqları vasitəsi ilə dərinin bioloji fəalnöqtələrinin masajı və dartılması daxildir. Tay masajı sayəsindəbədənin daxili enerjisi daha da güclənir və bel ağrıları, artritmənşəli baş ağrıları və psixofizioloji gərginlik (stress) kimi mənfihallar aradan qaldırılır.
 
50 dəq. / 75 dəq.

 

  "Luk Prakob" - Müalicəvi Isti Kompres
Bu ənənəvi, isti Tay masajı ümumi gərginliyi aradan qaldırır.Artıq bir neçə əsrdir ki, Tailandda "Luk Prakob" masajındanağrı və iltihabı aradan qaldırmaq üçün istifadə edirlər. ƏnənəviTay masajından sonra, bir neçə müalicəvi bitki (məsələnzəncəfil, sarıkök, zanbaq və s.) narın tikişli muslin parçayabükülərək isidilir və dairəvi və köndələn hərəkətlərlə bədənəsürtülür. Nəticədə, dərinin məsamələri açılır və bitkilərin təsirgöstərməsinə şərait yaradır. Bu masaj sərt, ağrılı və ya dartılmışəzələ və əzələ bağları, bel ağrısı, miqren, psixofizioloji gərginlik(stress) və narahatlıq kimi mənfi halları tez bir zaman ərzindəaradan qaldırır.
 
50 dəq. / 75 dəq.

 

  İsti Daşlarla Terapiya
Bədənin ümumi gərginliyini aradan qaldırmaq üçün istibazalt daşlarından istifadə olunur. Müalicəvi təsirə malik istilikyavaş-yavaş əzələlərə sirayət edərək bədənə tam yeni və xoştəəssüratlar bağışlayır. Kiçik bazalt daşlar bədəndəki əsas enerjinöqtələrinin üstünə qoyulur, yaxşıca isidilmiş yağ isə bədəni tamyüngülləşdirmək üçün masaj yolu ilə dərinin dərin qatlarına yeridilir.
 
50 dəq. / 75 dəq.

 

  Refleksoterapiya
İnsanın qulaq, əl və ayaq (topuq-pəncə) nahiyələrində bütünorqanizm ilə bağlı olan xüsusi sahələr var. Bu sahələri masajetməklə, bədənin müvafiq hissəsində fizioloji effektə nail olmaqmümkündür. Bir qayda olaraq, refleksoterapiya zamanı heç biralətdən, eləcə də krem və ya losyonlardan istifadə olunmur.Əsasən topuq-pəncə nahiyəsindəki refleks nöqtələrinin masajısayəsində ümumi gərginlik aradan qaldırılır, qan dövranı yaxşılaşırvə bədənin müvafiq hissələri öz təbii funksiyasını bərpa edir.
 
50 dəq.

 

  İdman Masajı
İdman masajında klassik İsveç masajı zamanı istifadə olunanbeş əl hərəkətindən üçü tətbiq olunur. Bu masaj sayəsində bədənəzələlərinə dərindən təsir göstərilir, əzələ lifləri dartılır və hərəkətinməhdudlaşmasına və ya ağrıya səbəb ola biləcək əzələ gərginliyiaradan qaldırılır. Qan dövranını yaxşılaşdıran idman masajı bədəninelastikliyini artırmaqla yanaşı, xəsarətlərin qarşısını ala və zədəli,yaxud dartılmış əzələlərin sağalmasını tezləşdirə bilər.
 
25 / 50 / 75 dəq.

 

  Aromatik Masaj
Bu müalicəvi masaj növü aromaterapiyanın və İsveç masajınınprinsiplərinə əsaslanır. Aromatik masaj qoxubilmə qabiliyyətinəvə ətirləri hisslər ilə əlaqələndirən beyin nahiyəsinə təsiretməklə yerinə yetirilir. Bitki, çiçək və meyvələrdən, habelə ağacqabıqlarından çəkilmiş efir yağı müxtəlif üsullarla bədəninizəsürtülür və nəticədə gərginlik və narahatlıq aradan qalxır. Buyağların tərkibindəki maddələr həm fiziki, həm də mənəvi dincliyitəmin edir. Həmçinin, bu müalicəvi masajın güclü təsiri əzələvə revmatizm ağrılarını azaldır və həzm pozuntularını aradanqaldırır.
 
50 dəq. / 75 dəq.

 

  Baş və çiyin Masajı
Masaj sayəsində yaraların daha tez sağalmasına kömək etmək,psixoloji gərginliyi (stressi) aradan qaldırmaq, ağrıları azaltmaq vəqan dövranını yaxşılaşdırmaq mümkündür. Alternativ tibbi müalicəqaydalarına əsasən, masaj zamanı bədəndəki enerji mərkəzləri vəya "çakra"lar (sinir mərkəzləri) əhatə olunurBaş və çiyin MasajıMasaj sayəsində yaraların daha tez sağalmasına kömək etmək,psixoloji gərginliyi (stressi) aradan qaldırmaq, ağrıları azaltmaq vəqan dövranını yaxşılaşdırmaq mümkündür. Alternativ tibbi müalicəqaydalarına əsasən, masaj zamanı bədəndəki enerji mərkəzləri vəya "çakra"lar (sinir mərkəzləri) əhatə olunur.
 
25 dəq.

 

  Nahar İstirahəti
 
 
25 dəq.

 

  Baş və Bel Hind Masajı
 
 
50 dəq.
© THE CLUB 2014. Created by Lider Advertising