BAKININ ƏN MÜASİR SAĞLAMLIQ VƏ İDMAN MƏKANINA XOŞ GƏLMİŞSİNİZ!
az en
SPA MƏRKƏZİNƏ SƏYAHƏT
SPA MƏRKƏZİNƏ SƏYAHƏT
MÜALİCƏVİ MASAJ
BƏDƏN ÜÇÜN QULLUQ
ÜZ DƏRİSİNƏ QULLUQ
QİYMƏTLƏR VƏ SİFARİŞ

Tələbatınıza və ya istəyinizə uyğun müalicəvi proseduru seçməkdə sizə yardımçı olmaq
bizim üçün vacibdir! Bizim kluba daxil olduğunuz andan etibarən, siz özünüzü tam
rahat hiss edə biləcəksiniz və sizə fərdi qayğı göstəriləcəkdir!

•  Spa prosedurlarından maksimum faydalanmağınız üçün xahiş edirik ki, təyin edilmiş vaxtdan ən azı 15 dəqiqə əvvəl prosedur otağına yaxınlaşasınız.
•  Bizim spa məsləhətçilərimiz sizin tələbatınıza ən çox uyğun gələn prosedurlara dair məsləhətlər verəcəklər.
•  Şəxsi əşyalarınızın saxlanması üçün qəbul otağında xüsusi dolablar quraşdırılıb.
•  Sifariş etdiyiniz prosedurun vaxtı bütünlüklə sizə həsr olunacaq, lakin bununla belə, əgər siz təyin edilmiş vaxtdan gec gələrsinizsə, prosedurun vaxtı mövcud imkanlardan asılı olaraq azaldıla bilər. Anlayış göstərdiyinizə görə sizə təşəkkür edirik!

•  Bütün ödənişlər sifariş edilən zaman və ya sifarişdən ən azı 1 gün əvvəl edilməlidir.
•  Əgər siz təyin olunmuş proseduru təxirə salmaq istəsəniz, xahiş edirik bu barədə prosedur vaxtından ən azı 4 saat əvvəl bizə məlumat verəsiniz. Əks təqdirdə, 50%-lik cərimə tətbiq ediləcək.

Spa mərkəzi bura gələn bütün qonaqların rahat dincələ biləcəkləri bir yerdir. Spa mərkəzində olarkən siqaret çəkmək və ya mobil telefonlardan istifadə etmək olmaz.

Biz sizə təşəkkür edir və “The Club” SPA mərkəzində sağlam həyat tərzindən zövq almağı arzulayırıq!

© THE CLUB 2014. Created by Lider Advertising