BAKININ ƏN MÜASİR SAĞLAMLIQ VƏ İDMAN MƏKANINA XOŞ GƏLMİŞSİNİZ!
az en
Xidmətlərimiz / Xidmətlərimiz / SKVOŞ KORTLAR

 


 

3 ədəd skvoş kort Klubun tam mərkəzindədir. Kortu öncədən sifariş etmək vacibdir.       

“ The Club Port Baku” sizə Skvoş – Piramida turnirini təqdim edir.

Skvoş və Skvoş Piramida-oyununun qaydaları

Bu oyunun əsas məqsədi yoldaşlıq yarışlarının təbliği və həmçinin iştirakçılarımıza  hazırlıq dərəcəsindən asılı olaraq  özünə uyğun rəqib seçməkdə kömək etməkdir.

Skvoş - Piramidanın qaydaları:

  • İstənilən iştirakçı özündən 3 kateqoriyaya qədər  daha yuxarıda olan oyunçunu ozünə rəqib olaraq seçə bilər.
  • Əgər  oyunçu yarışmaq üçün rəqibini daha aşağı kateqoriyadan  seçərək qalib gələrsə ,ümumi reytinq sıralamasında vəziyyət dəyişilməz olaraq qalır.
  • Oyunçu rəqibi daha yuxarı kateqoriyadan seçərək qalib gəldiyi halda, udan iştirakçı uduzanın pilləsinə yüksəlir, məğlub olan tərəf isə öz növbəsində ümumi sıralamada bir kateqoriya  aşağı enir.
  • Təzəcə qeydiyyatdan keçmiş iştirakçı oyunu lap əvvəldən yəni sıfırıncı kateqoriyadan başlayır.
  • Rəqibini udan iştirakçının reytinqi dərhal dəyişdirilir.
  • Bir ay ərzində oyunlarda aktiv iştirak etməyən oyunçuların kateqoriyası növbəti ayın ilk günü bir pillə olaraq aşağı endiriləcək.
  • Nəticələr oyun bitdikdən dərhal sonra qeydiyyata düşməlidir.
  • Oyun başlamadan  iştirakçılar öz aralarında kimin hesabı daxil edəcəyini öncədən razılaşdırmalıdırlar. Yeni gələn oyunçu özündən pilləcən yuxarıda olan iştirakçıya qalib gəldiyi halda, elə hesabı da özu daxil etməlidir.
  • Xahiş olunur ki, bütün Skvoş Piramida reytinqində dəyişikliklər haqqında qeyydiyat şöbəsinə məlumat verəsiniz.

Turnir ümumilikdə seçilmiş 5 ən yaxşı oyundan ibarətdir.

Hər qalibiyyətə görə oyunçunun hesabına bir xal əlavə etmək şərti ilə, hesab 11 xala qədər davam etdirilir.

Skvoş kortların rezervasiyası üçün Qeydiyat şöbəsinə müraciət edin 012 499 89 09

 

© THE CLUB 2014. Created by Lider Advertising